16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar" - Yaralı hərbçilərimizdən xəbər var  
Tarix: 15-07-2020 13:09 | Bölmə: Cəmiyyət
"Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar" - Yaralı hərbçilərimizdən xəbər var  

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir.

“Real" televiziyası yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb. 

Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daimi hərbçilərin vəziyyəti ilə maraqlanır”.

Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: "Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar". 

Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər. 

"Yaralandığıma görə çox təəssüf edirəm, yoldaşlarımı tək buraxdım. Tez sağalıb cəbhəyə qayıtmaq istəyirəm. Əhval-ruhiyyəmiz çox gözəldir" - yaralı əsgərlərdən biri bildirib/Report. 




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər