16:39 / 28-11-2024
Sabah qar yağacaq
Səfirlik Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edib
Tarix: 23-07-2020 15:51 | Bölmə: Cəmiyyət
Səfirlik Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edib

Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yaranıb. Xüsusilə, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq, Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar.

Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub.

“Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycan Respublikasında qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.

COVID-19 virusuna qarşı mübarizə prosesində Azərbaycan Respublikası və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaqları mərhələli şəkildə, yalnız əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək, onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaqları prosesini davam etdirmək üçün, əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklərinə çağırırıq.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küç. 13/15, əlaqə telefonları: 050 250-07-10, (Qaynar xətt) 012 497-45-60”, - məlumatda qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər