Müəllim işləmək istəyən 53 880 namizəd qeydiyyatdan keçib
Tarix: 26-07-2020 15:08 | Bölmə: Cəmiyyət
Müəllim işləmək istəyən 53 880 namizəd qeydiyyatdan keçib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyinin məlumatına görə, cari ilin 16-25 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib.

Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiqləyib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}