ÜST-ün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”
Tarix: 27-07-2020 14:58 | Bölmə: Cəmiyyət
ÜST-ün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”

“Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası şiddətlənir. Son 6 həftə ərzində xəstəliyə yoluxanların sayı praktiki olaraq ikiqat artıb”.

Bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə brifinq zamanı deyib.

“16 milyon koronavirusa yoluxma və xəstəlikdən 640 mindən çox ölüm halları ilə bağlı ÜST-ə məlumat daxil olub. Pandemiyanın yayılma sürəti artır”, - deyə baş direktor vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}