16:39 / 28-11-2024
Sabah qar yağacaq
22 kollektor və kanal yenidən qurulacaq, Xəzərin suyundan istifadə olunacaq
Tarix: 27-07-2020 17:02 | Bölmə: Cəmiyyət
22 kollektor və kanal yenidən qurulacaq, Xəzərin suyundan istifadə olunacaq

Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Sənədə əsasən, “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə Baş Muğan kanalı, Boztəpə kanalı,  Rəsularx kanalı, Qızılarx kanalı, Yeni Cənubi Muğan kanalı, Köhnə Cənubi Muğan kanalı, Yeni Cənubi Muğan kanalının maşın qolu, Sabir kanalı, Aşağı Muğan kanalı, Akuşa kanalı, Türyançay Sağ Sahil kanalı, Türyançay Sol Sahil kanalı, Xanarx kanalı, Tərtərçay Sol Sahil kanalı, P-O kanalı, Köhnə Xanqızı kanalı, ÇTZ kanalı, Qızlıq kanalı, R-15 kanalı, Yuxarı Zeyxur kanalı, Bəhrəmtəpə hidroqovşağı və Mil-Qarabağ kollektorunun yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma hazırlanacaq və layihələndirmə həyata keçiriləcək. 

Bundan əlavə, plana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları 2020-ci ilin avqust–oktyabr aylarında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər