Azərbaycanın məscidlərində bayram namazı qılınmayacaq
Tarix: 28-07-2020 14:38 | Bölmə: Cəmiyyət
Azərbaycanın məscidlərində bayram namazı qılınmayacaq

Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür.

Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}