“Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı tədbir keçiriləcək
Tarix: 28-07-2020 16:17 | Bölmə: Cəmiyyət
“Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı tədbir keçiriləcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzi (Caspian Policy Center) iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinar keçirəcək.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, vebinar zamanı Xəzər regionu ölkələrinin beyin mərkəzlərinin nümayəndələri və ABŞ ekspertləri regionun geostrateji vəziyyətini müzakirə edəcəklər.

BMTM-lə tərəfdaşlıq şəklində keçiriləcək vebinarda Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edəcəklər.

Tədbirin moderatoru ABŞ-ən ATƏT-in Minsk qrupundakı sabiq həmsədri, Xəzər Siyasi Mərkəzinin üzvü Riçard Hoqland olacaq.

Vebinar BMTM-in “facebook” səhifəsində canlı olaraq ingilis dilində və “Youtube” səhifəsində canlı olaraq Azərbaycan dilində yayımlanacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}