Mərhum generalın oğluna yüksək vəzifə verilməsi məsələsinə aydınlıq gətirilib
Tarix: 05-08-2020 14:14 | Bölmə: Cəmiyyət
Mərhum generalın oğluna yüksək vəzifə verilməsi məsələsinə aydınlıq gətirilib

Baş Prokurorluq Miqrasiya Xidmətinin sabiq rəisi, bir neçə gün əvvəl vəfat edən general Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}