16:39 / 28-11-2024
Sabah qar yağacaq
TƏBİB-dən klinikada vəfat edən jurnalistin telefonunun itməsi ilə bağlı - Açıqlama
Tarix: 06-08-2020 18:57 | Bölmə: Cəmiyyət
TƏBİB-dən klinikada vəfat edən jurnalistin telefonunun itməsi ilə bağlı - Açıqlama

Koronavirusdan vəfat edən tanınmış jurnalist Əmrah Fəqanoğluya məxsus telefonun itdiyi barədə məlumat yayılıb.

Jurnalistin ailəsi iddia edir ki, onun telefonu müalicə aldığı “Yeni Klinika”da oğurlanıb və ya itib.

Həmçinin, iddiada qeyd edilib ki, klinikadan bununla bağlı ailəyə heç bir məlumat verilmir.

Məsələ barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmadığı deyilib. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilə bilərdi və hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da klinika araşdırma aparır”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər