16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bill Qeyts daha təhlükəli böhran xəbərdarlığı edib
Tarix: 07-08-2020 08:59 | Bölmə: Cəmiyyət
Bill Qeyts daha təhlükəli böhran xəbərdarlığı edib

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts nəticələri koronavirus pandemiyasından da ağır ola biləcək ekoloji böhran barədə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bill Qeyts özünün mikrobloqundakı yazısında planetin yaxın bir neçə onillikdə iqlim dəyişkənliyi səbəbindən qlobal böhranla üzləşəcəyini proqnozlaşdırıb.

Milyarder qeyd edib ki, pandemiya nə qədər ağır olsa da, iqlim dəyişkənliyi daha da pis nəticələrə gətirib çıxara bilər.

B. Qeyts hesab edir ki, fəlakətin qarşısını almaq üçün atmosferə qaz tullantılarının miqdarını ciddi dərəcədə azaltmaq lazımdır.

“Microsoft”un qurucusu ekoloji böhranın təsirini koronavirus pandemiyası ilə də müqayisə edib. “İnfeksiyadan ölüm nisbəti hər 100 000 nəfərə orta hesabla 14 nəfər düşür. Növbəti 40 ildə Yerdəki artan temperaturdan ölüm eyni olacaq və 2100-cü ilə qədər bu rəqəm 5 dəfə artacaq”, - B. Qeyts qeyd edib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər