09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub, 8 nəfər xəsarət alıb
Tarix: 07-08-2020 13:05 | Bölmə: Cəmiyyət
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub, 8 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Reyting.a
z FHN-ə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq