16:39 / 28-11-2024
Sabah qar yağacaq
334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - Karantinə görə
Tarix: 07-08-2020 13:08 | Bölmə: Cəmiyyət
334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - Karantinə görə

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.08.2020-ci il saat 00:00-dan 07.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Reyting.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər