14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Nazirliyə aparat rəhbəri təyin edilib
Tarix: 07-08-2020 15:40 | Bölmə: Cəmiyyət
Nazirliyə aparat rəhbəri təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev qurumun aparat rəhbəri təyin edilib.

Reyting.az
xəbər verir ki, o, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R. Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Kənd Təsərrüfatı Nazirliyindən məlumatı təsdiqləyiblər.(Report)




Bölməyə aid digər xəbərlər