17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hacıqabul-Qalmaz qaz boru xəttində yanğın olub
Tarix: 08-08-2020 00:30 | Bölmə: Cəmiyyət
Hacıqabul-Qalmaz qaz boru xəttində yanğın olub

Hacıqabul rayonu ərazisindən keçən diametri 750 mm-lik Hacıqabul-Qalmaz qaz boru xəttində yanğın baş verib.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.

Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}