09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Həftəsonu 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Tarix: 08-08-2020 00:42 | Bölmə: Cəmiyyət
Həftəsonu 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq