16:39 / 28-11-2024
Sabah qar yağacaq
Qərargah üzvü kredit ödənişlərində güzəşt və məscidlərin açılmasına da aydıınlıq gətirib
Tarix: 08-08-2020 12:41 | Bölmə: Cəmiyyət
Qərargah üzvü kredit ödənişlərində güzəşt və məscidlərin açılmasına da aydıınlıq gətirib

"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Prezidentin köməkçisi bank güzəştlərindən də danışıb.

O deyib ki, Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır: “Ola bilər ki, kimlərsə ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edir, banklar da bunu biləndə təbii ki, həmin şəxslərə tədbirlər görürlər”.

“Prezidentin ötən gün yaradılmasına fərman verdiyi Azərbaycan İnvestisiya Holdinqinin qarşısında dövlət müəssisələrində şəffaf, korporativ qaydaların, müasir idarəetmə sistemlərinin tətbiqi məsələsi vəzifə kimi qoyulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bu holdinqin mövcudluğu həm də bir çox sahələrdə liberallaşma proseslərinin başlamasıdır. Dövlət başçısının dediyim kimi, biz qeyri-neft, özəl sektorun inkişafında maraqlıyıq və dövlət müəssisələrinin şəffaf, effektiv fəaliyyəti də həmin sektorun inkişafına töhvə verəcək”, - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər