16:39 / 28-11-2024
Sabah qar yağacaq
Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
Tarix: 09-08-2020 18:03 | Bölmə: Cəmiyyət
Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır

Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir.

Bu barədə “Qazeta.ru” məlumat yayıb.

"Hələlik ki yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir", - dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.

Qeyd edək ki, Çində sürətlə yeni virus növü yayılır. Yeni virus artıq bir neçə nəfərin ölümünə səbəb olub/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər