17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İcra başçısının sabiq müavini yeni vəzifəyə təyin edilib
Tarix: 25-09-2020 13:44 | Bölmə: Cəmiyyət
İcra başçısının sabiq müavini yeni vəzifəyə təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibinə yeni vəzifə verilib.

TƏBİB-dən Reyting.az-a bildirilib ki, qurumda Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamenti yaradılıb.

Departamentin rəhbəri vəzifəsinə isə Aygün Əliyeva təyin olunub.

Xatırladaq ki, A. Əliyeva bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. O, təxminən 20 gün əvvəl TƏBİB-ə gətirilib.

Bundan əlavə, dəyşikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Keçmiş mətbuat katibi Rəvanə Əliyeva isə adıçəkilən departamentdə Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin olunub.

Bundan sonra mətbuatla bağlı sualları isə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi cavablandırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}