Müəllimlərin yerləşdirilməsi üzrə sənəd qəbulunun müddəti uzadılıb
Tarix: 05-10-2020 14:56 | Bölmə: Cəmiyyət
Müəllimlərin yerləşdirilməsi üzrə sənəd qəbulunun müddəti uzadılıb

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti 6 oktyabr saat 23:59-dək uzadılıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, yerləşdirmədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, 536 yeni yaranan vakant yer elan olunub. Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb.

Müsabiqənin əvvəlki mərhələlərinə ümumilikdə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər