10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Ermənistanın Kəlbəcərdəki talançılığı haqda beynəlxalq qurumlara müraciət olunub
Tarix: 16-11-2020 10:24 | Bölmə: Cəmiyyət
Ermənistanın Kəlbəcərdəki talançılığı haqda beynəlxalq qurumlara müraciət olunub

Təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir. 

Ombudsman Aparatından Reyting.az-a bildirilib ki, bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb. 




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq