20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”
Tarix: 16-11-2020 19:22 | Bölmə: Cəmiyyət
ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

“Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-ün baş direktoru bildirib.

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq