14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb
Tarix: 17-11-2020 12:28 | Bölmə: Cəmiyyət
Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Reyting.az
 Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aprılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6 600 manat pul alması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq