Tarix: 19-03-2017 13:48 | Bölmə: Cəmiyyət
Son dövrlər ölkədə işsizlərin sayının artması, işsizlik müavinətinin verilməsi üçün daha çox vəsaitin ayrılmasına səbəb olub.
Sözsüz ki, bu da bəzi məşğuluq mərkəzlərinin daha çox qazanc əldə etmək imkanlarını genişləndirib. Bu sahədə adı ən çox hallanan qrumlardan biri də Sumqayıt Şəhər Məşğulluq Mərkəzidir. Bu Mərkəzin direktoru İlham Hüseynov o qədər qanunsuzluqlar edib ki, artıq narzılıq mətbu müstəviyə yol taparaq müzakirəyə çevrilib.
İddia edilir ki, İ.Hüseynov bir illik işsizlik müavinətlərini qısa zamanda "xərcləməyi” də bacarıb. Hətta aparılan yoxlama zamanı kifayət qədər yeyintinin aşkarlandığı da bildirilir.
Reyting.az-a daxil olan məlumata görə,Əmək və əhalinin sosial müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov da Sumqayıt Məşğulluq Mərkəzinin direktoru İlham Hüseynovu korrupsiyada ittiham edib.
Fevral ayının 17-də nazir Sumqayıt şəhərində vətəndaşları qəbul edib və şikayətləri dinləyərkən narazı qaldığı məqamlar olub. Nazir bunu açıq şəkildə ifadə etməsə də, konkret tələblər irəli sürüb.
Qeyd edək ki, Sumqayıt Məşğulluq Mərkəzində baş verən qanunsuzluqlarla bağlı bir sıra saytlarda da məlumatlar yer alıb. Bildirilir ki, nazir S.Müslümov Məşğulluq Mərkəzinin direktoru İ.Hüseynovdan 2016-cı il ərzində 82 000 manatdan artıq vəsaitin əsassız şəkildə müavinət kimi ödənilməsinin səbəbini soruşub. Nazir eyni zamanda bildirib ki, Mərkəzdə aparılmış yoxlamanın nəticələrini prokurorluğa göndərəcək və adıçəkilən qurumun direktorunu vəzifədən azad edəcək.
Mərkəz direktoru isəöz növbəsində mənimsənilmiş vəsaitin 29 000 manatının artıq dövlət büdcəsinə ödədiyini deməklə özünə bəraət qazandırmağa çalışıb.
Xatırladaq ki, ƏƏSMN-in komissiyası S.Müslümovun əmri ilə 2017-cı ilin yanvar ayında Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yoxlama aparıb. Yoxlama zamanı 1500 nəfərdən çox vətəndaşa işsizlik müavinətinin ödənişi araşdırılıb və məlum olub ki, Mərkəzin hazırkı direktoru İ.Hüseynov 100-ə qədər vətəndaşla qeyri-qanuni razılaşma nəticəsində onlara işlədikləri halda işsizlik müavinəti ödəyib və beləliklə, 82 000 manatdan artıq büdcə vəsaiti talanıb. Maraqlıdır ki, S.Müslümovun yuxarıdakı fikirləri səsləndirməsindən bir aya qədər vaxt ötsə də, hələ də İ.Hüseynov Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışır.
İddia edilir ki, İlham Hüseynov hələ də qanunsuz əməllərindən əl çəkmir. Onun qanunsuzluğu sözügedən qurumun digər səlahiyyətli şəxslərinin fəaliyyətini məhdudlaşdırmaqla da özünü biruzə verir. Yəni, hazırda bütün "iplər” onun əlindədir.
«Mərkəzdə İlham Hüseynovun əsas adamı Rita xanımdır. Rita xanım işsizlik müavinəti almaq istəyənlərlərlə ilkin danışıq apardıqdan sonra lazım olan sənədlərin toplanmasını tapşırır. Bundan sonra isə«şirinlik» məsələsi həll edilir.
Digər gəlir yeri isə iş istəyənləri vakansiyası olan şirkətlərə yönəltməkdir”,- deyən mənbə işlə təmin olunan şəxslərdən 500-600 manat arasında «şirinlik» alındığını da sözlərinə əlavə edib: "İşsiz müavinətlərində isə şərt 30-70-ə dir. Bizdə olan məlmata görə, nazir Səlim Müslümov da İlham Hüseynovun əməllərindən xəbərdardır. Amma narazılıqlara baxmayaraq, İlham Hüseynov hələ də öz vəzifəsini qoruya bilir”.
O da bildirilir ki, İ.Hüseynov Sumqayıtın icra başçısı Zakir Fərəcovla yaxındır. Amma S.Müslümovun rəhbərlik etdiyi sistemdə bu qədər narazılıq yaradan şəxsin uzun müddət pu postda qalacağı inandırıcı görünmür. Hər halda, çox güman ki, nazir bu məsələdə icra başçısı razılığa gəlib, Mərkəz direktorunu vəzifədən kənarlaşdırmağı bacaracaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər