11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Cəlilabadda qətlə yetirilən kişinin meyiti Sabirabadda qamışlıq ərazidə tapılıb
Tarix: 22-04-2021 11:26 | Bölmə: Cəmiyyət
Cəlilabadda qətlə yetirilən kişinin meyiti Sabirabadda qamışlıq ərazidə tapılıb

Bir neçə gün əvvəl qətlə yetirilmiş Cəlilabad rayon sakininin meyiti bu gün Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisindəki çöllük ərazidən tapılıb.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, 58 yaşlı Cəlilabad rayonunun Fərzili kənd sakini Əflatun.Abdullayevin evdən çıxaraq geri qayıtmaması barədə oğlu hüquq-mühafizə orqanlarına müraciət edibmiş.

Müraciətdən sonra ona məxsus olan Mercedes-C markalı minik avtomobili aprel ayının 18-də Salyan rayonunun Kiçik Noxudlu kəndinin ərazisində yolun kənarında atılmış vəziyyətdə tapılsa da, özündən xəbər tutmaq mümkün olmayıb.

Bundan sonra aparılmş əməliyyat istintaq tədbirləri nəticəsində Abdullayevi Cəlilabad rayonu ərazisində qətlə yetirərək meyitini Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisində şor su kollektorundakı qamışlığa ataraq getməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs bu gün səhər meyiti atdığı yeri göstərib.Qətlə yetirilən şəxsin sələmlə pul verməklə məşğul olduğu deyilir.

Faktla bağlı cinayət işi qaldırılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}