Deputat çimərlik ərazilərdəki bəzi qadağaları qanunsuz sayır
Tarix: 22-07-2021 16:45 | Bölmə: Cəmiyyət
Deputat çimərlik ərazilərdəki bəzi qadağaları qanunsuz sayır

Müxtəlif sahibkarlar bəzi çimərlik əraziləri hasarlayır. Hətta həmin ərazilərdə ödəniş etmədən dənizə girməyə icazə verilmir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev Reyting.az-a deyib ki, dünya təcrübəsində “xalq çimərliyi” termini var. Əgər ərazi dövlətə mənsubdursa, hətta ərazi hansısa sahibkara müəyyən müddətə icarəyə verildiyi təqdirdə də, vətəndaş həmin sahibkarın göstərdiyi xidmətlərdən istifadə etmədiyi halda, ödənişsiz həmin çimərlikdən istifadə edə bilər: “Heç kim vətəndaşa qadağa qoya bilməz. Ancaq ərazi sahibkarındırsa, rəsmi olaraq hansısa otelin, iaşə obyektinin ərazisidirsə, o zaman həmin sahibkar vətəndaşı ora buraxmaya bilər. Ümumilikdə heç kimin haqqı çatmır ki, “xalq çimərliyi”nə vətəndaşları buraxmasın, onlardan ödəniş tələb etsin, qadağalar qoysun və ya qanunazidd hansısa hərəkətlərə yol versin”.

Deputat əlavə edib ki, vətəndaşa qarşı tətbiq edilmiş qanunsuz qadağalarla bağlı aidiyyəti qurumlara, həmin rayonun icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmək lazımdır. Bu halda problemi daha dəqiq həll etmək mümkündür.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}