14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ukraynada axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb
Tarix: 25-07-2021 14:30 | Bölmə: Cəmiyyət
Ukraynada axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb

Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

Reyting.az
xəbər verir ki, Kiyev şəhər polisindən Report-un Şərqi Avropa bürosuna verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}