Daşkəsəndə toya gələn qonaq öldürülüb
Tarix: 25-07-2021 18:03 | Bölmə: Cəmiyyət
Daşkəsəndə toya gələn qonaq öldürülüb

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

Məlumata görə, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Son məlumata görə, toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən şəxs Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq