Rusiyada saxlanılan şirkət rəhbəri Azərbaycana gətirilib
Tarix: 25-07-2021 23:58 | Bölmə: Cəmiyyət
Rusiyada saxlanılan şirkət rəhbəri Azərbaycana gətirilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Rəsulov Dilafir Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

Reyting.az
-ın məlumatına görə, Baş Prokurorluqdan bildirilib ki, Dilafir Rəsulov “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satıb. Əldə edilmiş pul vəsaitinin Dilafir Rəsulovun dələduzluq yolu ilə mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində D. Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin aprel ayında D. Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib.

25 iyul 2021-ci il tarixdə Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq