Prezidentin köməkçisi: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"
Tarix: 26-07-2021 15:27 | Bölmə: Cəmiyyət
Prezidentin köməkçisi: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu, bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}