Torpaq sahəsini zəbt edən şəxsə cinayət işi açılıb
Tarix: 28-07-2021 11:30 | Bölmə: Cəmiyyət
Torpaq sahəsini zəbt edən şəxsə cinayət işi açılıb

Sabirabad rayonu, Qəzli kənd sakini Məmmədov Şaiq Atabala oğlunun həmkəndlisinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ümumi yolu bağlaması barədə rayon Prokurorluğuna müraciəti daxil olub.

Bu barədə Reyting.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müraciətin rayon Prokurorluğu tərəfindən nəzarətə götürülməklə Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və nəticədə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan Qəzli kənd sakini Şaiq Məmmədov isə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}