Ukraynada daha 2238 azərbaycanlı yaşamaq üçün icazə alıb
Tarix: 28-07-2021 12:19 | Bölmə: Cəmiyyət
Ukraynada daha 2238 azərbaycanlı yaşamaq üçün icazə alıb

Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatından verilən məlumata görə, bu ilin yanvarın 1-dən iyulun 1-ə qədər 2 238 nəfər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən UABD sorğusuna cavab olaraq daxil olan rəsmi məktubda bildirilir ki, bunlardan 1 549 nəfəri müvəqqəti, 689 nəfəri isə daimi yaşayış izni alanlardır.

Qeyd olunan müddətdə 1 nəfər Azərbaycan vətəndaşı isə öz müracəti ilə Ukrayna vətəndaşlığına qəbul olunub/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}