Kürdəmirdə yük və minik avtomobili toqquşub, ölən var
Tarix: 28-07-2021 17:10 | Bölmə: Cəmiyyət
Kürdəmirdə yük və minik avtomobili toqquşub, ölən var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsibov Tacir Əhliman oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil həmin yolda hərəkətdə olarkən iritutumlu "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Minik avtomobilinin sərnişinləri - Quliyev Şöhrət Fikrət oğlu və Nəsibli Cavanşir Tacir oğlu müxtəlif dərəcəli bədən xəsarət alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb/Report

Fakt bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq