Zərdabda bəy və gəlin peyvəndə görə toya buraxılmayıb
Tarix: 28-07-2021 23:29 | Bölmə: Cəmiyyət
Zərdabda bəy və gəlin peyvəndə görə toya buraxılmayıb

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Məlumata görə, növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında kecirilib.Bəylə gəki topya buraxılmadı

Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq