Yanğınsöndürmə qüvvələrinin ilk qrupu Türkiyəyə yola düşüb - Fotolar
Tarix: 30-07-2021 19:41 | Bölmə: Cəmiyyət
Yanğınsöndürmə qüvvələrinin ilk qrupu Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb.

Reyting.az
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq.

Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qardaş ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-nin kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və müraciət olunduqca hər an yola düşməyə hazırdır.

Xatırladaq ki, şəxsi heyət, zəruri avadanlıq və ləvazimatlar Türkiyəyə AZAL-ın ayırdığı xüsusi təyyarə vasitəsilə göndərilib.(Report)










Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq