General: "Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür"
Tarix: 04-08-2021 15:49 | Bölmə: Cəmiyyət
General: "Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür"

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər".

Bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər: "Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter fəaliyyətdədir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}