Kəlbəcər yolu nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb
Tarix: 05-08-2021 13:03 | Bölmə: Cəmiyyət
Kəlbəcər yolu nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

"Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, ordan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür".

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib.

"Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub", - deyə o, qeyd edib/Report.

Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir. Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}