10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Hirkan Milli Parkında yanğın olub
Tarix: 10-11-2021 15:20 | Bölmə: Cəmiyyət
Hirkan Milli Parkında yanğın olub

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Nazirlikdən Reyting.az-a verilən məlumata görə, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.




Bölməyə aid digər xəbərlər