Deputat: "I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də kredit borcları silinsin"
Tarix: 11-11-2021 16:26 | Bölmə: Cəmiyyət
Deputat: "I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də kredit borcları silinsin"

“Bəzi hallarda cəmiyyətdə II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə daha çox diqqətin göstərilməsi ilə bağlı fikirlər yayılır. Hesab edirəm ki, bu fikirlərin heç bir əsəsı yoxdur”.

Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, II Qarabağ müharibəsi şəhidlərinin kredit borcları ödənilib: “Təklif edirəm ki, I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də kredit borclarının silinməsi və ya onlara hər hansı bir güzəştlərin edilməsi ilə bağlı məsələyə baxaq”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq