Göyçay rayonunda itkin düşən qadının intihar etdiyi məlum olub
Tarix: 11-11-2021 16:13 | Bölmə: Cəmiyyət
Göyçay rayonunda itkin düşən qadının intihar etdiyi məlum olub

Göyçay rayonunda itkin düşən qadının intihar etdiyi məlum olub.

Bu gün saat 12:30 radələrində Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva qaynına məxsus "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən Göyçay rayonu Potu kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanında özünü narahat hiss etdiyini və avtomobili saxlamasını istəyib. Nuranə Şıxıyeva avtomobildən düşərək naməlum istiqamətə gedib. Onun özünü Yuxarı Şirvan kanalına atdığı məlum olub. Polis əməkdaşları, FHN işçiləri və vətəndaşlar tərəfindən Yuxarı Şirvan kanalında aparılan axtarış tədbirləri zamanı onun meyiti kanala düşdüyü yerdən bir kilometr aralıda, Göyçayın Cəyirli kəndi ərazisindən tapılaraq aidiyyati üzrə təhvil verilib.

Bir uşaq anası, ikinci uşaqla bağlı hamilə olan Nuranə Şıxıyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərədəfindən araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq