11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

20:48 / 13-09-2025

17:29 / 10-09-2025

23:25 / 09-09-2025

09:46 / 11-09-2025

Keçmiş naziri həbs etmək istəyirlər?
Tarix: 12-11-2021 11:14 | Bölmə: Cəmiyyət

Əli Abbasov
Sabiq rabitə və informasiya texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsində çalışan Əli Abbasovun həbsinə hazırlıq görülür. Reyting.az xəbər verir ki, bu barədə Musavat.com özəl mənbələrə istinadla məlumat yayıb.
Qaynaq qeyd edir ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudovun cinayətkar quldur dəstəsi ifşa olunandan sonra Əli Abbasov “çətir”ini dəyişdi, MTN şefinin düşməni Ramiz Mehdiyevin yanında qərarlaşdı. Sonrakı dövrdə həbs edilməməsi də Mehdiyevə biət etməsi ilə bağlı oldu. İndi isə vəziyyət dəyişib. Mehdiyev özü mövqelərini itirib, özünü belə qorumaq imkanları tükənib. Əli Abbasov ya növbəti dəfə özünə “çətir” tapmalı, ya da yaxasını istintaqçıların əlinə verməlidir.
Bu gün Əli Abbasovun böyük bir instituta rəhbərlik etməsi keçmişdə törətdiyi cinayətə bərabər əməllərinin araşdırılmaması anlamına gəlmir. “Rabitə işi”ni vərəqləmək, ətrafının məhkəmələrində dediklərini incələmək kifayətdir ki, Rabitə Nazirliyində illərlə baş verən çeşidli korrupsiya əməllərində onun rolu üzə çıxsın.
Ə. Abbasov rabitə naziri vəzifəsindən elə-belə qovulmayıb. O, rəhbərlik etdiyi nazirliyi faktiki olaraq “mahmudovçu”ların ixtiyarına vermişdi, Rabitə Nazirliyində korrupsiya və rüşvət bataqlığı yaratmışdı. Buna görə də Milli Təhlükəsizlik Nazirliyi ilə paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular. Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.
2015-ci il noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Amma Əli Abbasov bu günə qədər həbs edilməyib. O da Eldar Mahmudov kimi yaxasını istintaqdan kənar saxlaya bilirdi. Gələn məlumatlar onu deməyə əsas verir ki, nazir olarkən ətrafının “korrupsiya akademik”i adlandırdıqları Əli Abbasovun azadlıqla vidalaşmaq zamanı çatmaq üzrədir.
Müxtəlif dövlət qurumlarında Əli Abbasovun nazir kürsüsünə oturar-oturmaz topladığı rüşvət haqda müfəssəl məlumat uzun illərdir ki, var. Həmin məlumatlarda Əli Abbasovun Vidadi Zeynalovun əli ilə xərac toplaması xüsusi vurğulanır. Belə ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 4 poçt filial rəhbərləri - Arif Məmmədov, Əvəz Kərimov dərhal tələb olunan 40 min manatı gətirib təqdim edirlər. “Azərpoçt” Dövlət Müəssisəsi rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB-in rəisi olmaq 500 min manat, telefon qovşaq rəisləri 50 min ödəməli imiş.
Vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri Feyzulla Məmmədov postu ilə vidalaşıb. Ən maraqlısı budur ki, “Katel”in icraçı direktoru olmuş Sadıx Hümmətov yeni nazir təyinatından cəmi bir gün keçməmiş, gecə işdən sonra hazırladığı 1 milyon dollar pulu kimsənin nəzər-diqqətini cəlb etməmək üçün “Parfüm de Frans” karton kisəsinə qablaşdırıb, öz xidməti avtomobili ilə nazirliyə “hədiyyə” olaraq göndərib. Bu hələ harasıdır?
Əli Abbasov nazir postunda ilk addımlarını atdığı günlərdə öyrənir ki, nazirliyin ehtiyat fondunda 8 milyon manat vəsait var. Sonrakı 2 ay ərzində pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarının adına təmir-tikinti, avadanlıqların alınması və s. adlar altında köçürülməklə, “otkat”la son qəpiyinəcən geri alınıb. Əli Abbasov mayanı çıxarandan sonra nazirliyin regionlardakı qurumlarına da “əl gəzdirib”.
2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu 300 min manat qarşılığında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkib. Bir müddət sonra isə Nəriman Salmanovun “qara günləri” başlayıb. Əli Abbasovun qeyri-rəsmi kuratoru Eldar Mahmudovun qara maskalıları onu kabinetindən oğurlayaraq MTN-ə aparıblar. Orada ona nazir Eldar Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir. Nəriman Salmanov təklifi geri çevirib, birmənalı şəkildə yerinə yetirməkdən imtina edib.
Nəriman Salmanov həmin vəzifədən istefa verib. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Əli Abbasov Eldar Mahmudovun qohumu Beytulla Hüseynovu ora təyin edib. Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olub. İdarəyə Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə açıq-aşkar korrupsiya əməlləri tüğyan edib. Hesablama Palatası külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı akt tərtib edəndən sonra Əli Abbasov 5 milyon manat “yeyinti”nin dərhal verilməsi tapşırığını verib. Belə faktlar Əli Abbasovun nazirliyi dövründə bəs deyincə olub. Bu cür “yeyintilər” Əli Abbasovun fəaliyyətinin ilk ilindən həyata keçirilməyə başlayıb. Əli Abbasovun faktiki olaraq Eldar Mahmudovun komandasına daxil olması onu nəzarətedici qurumların “diqqətindən kənar” saxlayıb. Məsələnin üstü açılanda isə Abbasov işdən çıxarılıb, ətrafı həbs edilib. O zaman onu xilas edən Ramiz Mehdiyevin patronajlığı altına keçməsi olub. Mehdiyev AMEA prezidenti keçəndən sonra Abbasovu da özü ilə ora aparıb, instituta baş direktor təyin edib. Artıq vəziyyət dəyişib, Mehdiyevin də “ulduzu” sönmək üzrədir. Əli Abbasov hər an həbs oluna bilər.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz