18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Müəllimlərə üçüncü doza vaksin vurulur
Tarix: 12-11-2021 13:18 | Bölmə: Cəmiyyət
Müəllimlərə üçüncü doza vaksin vurulur

"Təhsil işçilərinə koronavirus əleyhinə üçüncü doza (buster) vaksinin vurulmasına başlanılıb".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O, vaksinasiyanın Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müəyyən tapşırıqları ilə icra olunduğunu bildirib.

M.Vəliyeva vurğulayıb ki, hazırda buster doza vurduran təhsil işçilərinin dəqiq sayı olmasa da, onlar bu prosesdə fəal iştirak edirlər: "İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}