DİN Oğuzda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb
Tarix: 12-11-2021 13:45 | Bölmə: Cəmiyyət
DİN Oğuzda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında ölən və yaralanan şəxslər Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdırlar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq