18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Dövlət Agentliyi və Ağdaş rayon Mərkəzi Xəstəxanasında audit yoxlaması aparılır
Tarix: 12-11-2021 16:02 | Bölmə: Cəmiyyət
Dövlət Agentliyi və Ağdaş rayon Mərkəzi Xəstəxanasında audit yoxlaması aparılır

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş rayon Mərkəzi Xəstəxanasında audit aparır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov bildirib ki, yoxlamaların bu ay bitməsi nəzərdə tutulub: “İcbari tibbi sığorta ilk olaraq pilot layihəsi kimi Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilib. Biz Ağdaş rayon Mərkəzi Xəstəxanasını, yəni icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin rüşeym yaradılan xəstəxanalardan birini seçmişik. Görək icbari tibbi sığortanın tətbiqi ilkin olaraq necə olub, bu sistem burada necə yaranıb, informasiyalar necə ötürülüb. Çünki icbari tibbi sığortanın tətbiqi və əhatə dairəsi növbəti illərdə genişlənməkdədir”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}