18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
5 müəllim, 16 şagird koronavirusa yoluxub - Yenilənib
Tarix: 12-11-2021 16:55 | Bölmə: Cəmiyyət
5 müəllim, 16 şagird koronavirusa yoluxub

Paytaxtdakı 5 nömrəli tam orta məktəbin bir neçə sinfində koronavirusa yoluxma halı olduğuna görə həmin siniflər distant təhsilə keçib.

Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən bildirilib ki, hazırda məktəbdə əyani təhsil davam edir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

***

Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.

Reyting.az
xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Avropa Liseyinin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Məktəb Lisey Kompleksinin fəaliyyəti də distant təhsil formasında davam etdiriləcək. Qeyd olunub ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}