Havanın temperaturu aşağı enəcək, güclü külək olacaq - Xəbərdarlıq
Tarix: 14-11-2021 12:44 | Bölmə: Cəmiyyət
Havanın temperaturu aşağı enəcək, güclü külək olacaq

Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata əsasən, arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq