Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib
Tarix: 15-11-2021 18:14 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib

15 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən Reyting.az-a verilən məlumata görə, gündəlik məsələ 2023-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının və imtahan modelinin müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif İnformatika dərsliklərinə baxılıb.

İclasda imtahanda mənimsənilmə səviyyəsi və qiymətləndirilməsi mümkün olan alt standartlar seçilib. Seçilmiş alt standartların tələblərinin reallaşdırılmasına dair mövzular dəqiqləşdirilib. İmtahana hazırlaşanlara kömək məqsədi ilə İnformatika fənnindən vəsaitin hazırlanması qərara alınıb.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

22 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq