Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib
Tarix: 16-11-2021 14:21 | Bölmə: Cəmiyyət
Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib

Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qardaş ölkənin Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.

Səhiyyə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər.

Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.

Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Bizim Instagram səhifəmizə abunə




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq