Ermənistan vətəndaşlarının ilkin istintaqı yekunlaşıb - Yenilənib
Tarix: 17-11-2021 12:43 | Bölmə: Cəmiyyət
Ermənistan vətəndaşlarının ilkin istintaqı yekunlaşıb

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə tarixi bəlli olub.

Reyting.az 
xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində işə noyabrın 23-də baxılacaq.

Qeyd edək ki, cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. 

***

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatındadır.

Xatırladaq ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq