Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı hazırlanır - Yeni qanun
Tarix: 17-11-2021 13:15 | Bölmə: Cəmiyyət
Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı hazırlanır

Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

***

Azərbaycanda hərbi qulluqçuların təminat xərcliyinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində həmçinin qeyd olunub ki, hərbi qulluqçulara vaxtında ödənilməmiş pul vəsaiti hərbi qulluqçulara və ya onların vərəsələrinə veriləcək/Report.

***

Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.

Yeni qanun layihəsində həmçinin qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Hazırki qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq