Şəhid Natiq Əliyev dəfn olunub - Yenilənib
Tarix: 17-11-2021 16:47 | Bölmə: Cəmiyyət
Şəhid Natiq Əliyev dəfn olunub

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev dəfn edilib.

Reyting.az
xəbər verir ki, Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün saat 15:40-da ailəsinə təhvil verilib.

Reyting.az
Report-a istinadla bildirir ki, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq